Bu, fars dilindəki orijinal mətnin tərcüməsidir. Fars dilində orijinal mətn
Rəhman və Rəhim Allahın adı ilə
Höccətülislam vəl-müslimin Hüseyn Taib
General-mayor Qulamrza Süleymaninin sionist-amerikan düşməninin əli ilə iftixarlı və şərəfli şəhadətini nəzərə alaraq, sədaqətinizi, layiqliyinizi və dəyərli təcrübənizi əsas tutaraq və Korpusun baş komandanının təklifi ilə Sizi İslam İnqilabı Keşikçiləri Korpusunun Məzlumlar Bəsici Təşkilatının rəisi vəzifəsinə təyin edirəm.
Ölkənin yeni tələbləri və şəraitini nəzərə alaraq, Korpusun baş komandanının tədbirləri çərçivəsində aşağıdakı tələblərin həyata keçirilməsi gözlənilir:
1. Güclü və birlik içində olan İran və İslam İnqilabının qorunması istiqamətində, ayağa qalxmış xalqın bütün fərdlərinin və canını fəda etməyə hazır milyonlarla təbəqənin potensialından istifadə etməklə «Hər iranlı bir bəsici» şüarının gerçəkləşməsi məqsədilə Bəsic və müqavimət mədəniyyətinin dərinləşdirilməsi və genişləndirilməsi
2. Düşmən təhdidlərinə xalqa əsaslanan müqavimət üçün xalq kəşfiyyat şəbəkəsinin gücləndirilməsi, bəsirətin artırılması ilə yanaşı zəruri bacarıq və təlimlərin genişləndirilməsi və müasir texnologiyalardan istifadə edilməsi
3. Məscidin mərkəzi rolu ilə təsirli sosial xidmətlərin inkişafı məqsədilə digər hakimiyyət, dövlət və ictimai qurum və təşkilatlarla konstruktiv və səmərəli qarşılıqlı əlaqə, cihad qruplarının, təbəqə və məhəllə bəsiclərinin genişləndirilməsi
4. Bəsici mədəniyyətinin bütün dünyada sionist-amerikan istikbarına qarşı xalq müqaviməti və dözümlülüyünün nümunəsi kimi təbliğ edilməsi
Ümid edirəm ki, Ağamızın (Allah onun zühurunu tezləşdirsin) diqqəti və duaları Sizin və bütün əziz bəsicilərin günbəgün artan uğurlarına səbəb olsun.
Seyid Müctəba Hüseyni Xamenei